16 avqust 2013 17:33

“Niyə də bu seriyanı Şimali İrlandiya və Rusiya ilə oyunlarda davam etdirməyək”?

AFFA-nın baş katibi Elxan Məmmədov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Şimali İrlandiya (11 oktyabr) və Rusiya (15 oktyabr) ilə ev oyunlarının “Bakcell Arena”ya təyin olunmasını şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:

“Birincisi, Azərbaycan yığması artıq iki ardıcıl oyundu rəqiblərini “Bakcell Arena”da qəbul edir. Lüksemburqla oyunda 10 000 bilet sata bilmişdiksə, Malta ilə görüşdə 7 000 bilet satıldı. Məhz bu amil oyunun Tofiq Bəhramov adına Respublika stadionundansa, “Bakcell Arena”da keçirilməsini vacib edir. Çünki biz yığmamızın yarıboş stadionda oynamasını istəmirik.
 
İkincisi, biz bu oyunlara paralel bilet satışı təşkil etməyə qərar vermişik. Yəni Şimali İrlandiya və Rusiya ilə oyunlar üçün ayrı-ayrı biletlər satışa çıxarılmayacaq. Hər hansı azarkeş bir bilet alacaqsa, onunlə həm Şimali İrlandiya, həm də Rusiya ilə oyuna baxmaq şansı qazanacaq.
 
Üçüncüsü, futbolçuların özlərinin müəyyən inancları var və bu arenanı komandamız üçün düşərli hesab edirlər. Yığmamız “Bakcell Arena”da indiyə qədər hələ uduzmayıb. Niyə də bu seriyanı qarşıdakı oyunlarda davam etdirməyək? Çox istərdik ki, bu oyunlarda komandamıza ən yaxşı dəstək verəcək azarkeşlər stadiona gəlsinlər”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.