16 avqust 2013 17:54
Azərbaycan futbol ailəsinin 50 000-ci üzvü (FOTO)
Xəbər verdiyimiz kimi, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb. Azerisport.az xəbər verir ki, artıq bu sistemdə qeydiyyata alınanların sayı 50 min nəfərə çatıb.
Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 50 000-ci üzvü AFFA-nın U-12 Liqasında çıxış edəcək Mingəçevir komandasının heyətində sifariş edilib.
