17 avqust 2013 23:11
Simurqun məşqçisi Azərbaycan yığmasına dəvət olundu (FOTO)
“Simurq”un əvəzedici heyətinin qapıçılarla işləyən məşqçisi Rauf Mehdiyev “A” milli yığma komandaya dəvət edilib. Azerisport.az xəbər verir ki, bu barədə Zaqatala klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, gənc mütəxəssis yığmanın avqustun 31-dən sentyabrın 3-dək Bakı şəhərində və sentyabrın 4-dən 9-dək İsrailin Təl-Əviv və Ramat Gan şəhərlərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.
