17 avqust 2013 23:26
Qəbələ yeni titul sponsoru tapdı (FOTO)
“Qəbələ” İdman Klubu ilə “Pepsi Cola Azerbaijan” arasında imzalanan müqaviləyə əsasən “Qəbələ”nin bütün futbol komandaları 2013-2014 mövsümündə üzərində “Pepsi” reklamı əks olunan formalar geyinəcək. Azerisport.az xəbər verir ki, bu barədə bölgə klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, “Pepsi” reklamları “Qəbələ”nin ev oyunlarının keçirildiyi meydançanın ətrafındakı reklam lövhələrində və oyun sonrası mətbuat konfranslarında arxa fon lövhəsində də yerləşdiriləcək.
Bundan əlavə, hər iki qurum keçirəcəkləri sosial məsuliyyət və ya marketinq kampaniyalarında bir-birilərini dəstəkləyəcək və birgə fəaliyyət göstərəcəklər.
Xatırladaq ki, “Qəbələ” futbolçuları ötən 3 mövsüm ərzində də meydançaya “Hyundai” reklamlı formalarla çıxırdı.
