17 avqust 2013 23:43
Qarabağın rəqibi Bayern ilə bacarmadı (YENİLƏNİB)
Bu gün futbol üzrə Almaniya Bundesliqasında 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Eintracht” da növbəti matçına çıxıb.
Təmsilçimizin rəqibi son Almaniya çempionu, eləcə də Çempionlar Liqasının qalibi “Bayern”lə ev oyununda üz-üzə gəlib. Qarşılaşma qonaqların qələbəsiylə başa çatıb. "Eintracht" hazırda iki turdan sonra xalsızdı və sonuncu yerdə gedir.
Qeyd edək ki, Frankfurt klubu bu çətin oyundan sonra Bakıya yola düşəcək. Çünki avqustun 22-də “Eintracht”ı “Qarabağ”la ilk oyun gözləyir.
Almaniya Bundesliqası
2-ci tur
17 avqust
Eintracht - Bayern - 0:1
