18 avqust 2013 00:49
Elhad Nəziri yenə oynamadı, komandası büdrədi (YENİLƏNİB)
Futbol üzrə Rumıniya çempionatında 5-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin şərəfini qoruduğu “Petrolul” klubu da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası doğma divarlar arasında “Ceahlaul” ilə qarşılaşıb. Elhad bu oyunda da iştirak etməyib. Komandası isə xal itirib.
Qeyd edək ki, “Petrolul” geridə qalan dörd turdan sonra 9 xal toplayıb və beşinci pillədə qərarlaşıb.
Rumıniya çempionatı
5-ci tur
17 avqust
Petrolul - Ceahlaul - 1:1
