17 avqust 2013 23:55
Futbolçularımız mövsümün ilk matçında oynamadı, komandaları uduzdu (YENİLƏNİB)
Bu gün futbol üzrə Türkiyə PTT Birinci Liqasında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Tavşanlı Linyitspor” klubu da ilk matçına çıxıb.
Azərbaycan millisinin qapıçısı Andrey Popoviçlə yığmamızın sabiq üzvü Usim Ndukanın heyətində yer aldığı bu komanda səfərdə “Balikesirspor”la qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Futbolçularımızın heç biri mövsümün açılış matçında meydana çıxmayıblar.
Türkiyə PTT Birinci Liqası
1-ci tur
17 avqust
Balikesirspor - Tavşanlı Linyitspor - 1:0
