18 avqust 2013 12:14
Dadaşov oynadı, komandası xal itirdi (YENİLƏNİB)
Futbol üzrə Almaniyanın ikinci Bundesliqasında çıxış edən klubların əvəzedici komandaları arasında təşkil olunan ölkə birinciliyində 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Kaiserslautern”in ikinci komandası da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası bu tur səfərdə “Eintracht Trier” ilə qarşılaşıb. Görüş qolsuz başa çatıb - 0:0. Nəticədə, bu komanda xallarının sayını 2-yə çatdırıb və 13-cü pillədə yer alıb.
Bir neçə gün öncə Malta ilə yoxlama oyununda iki qola imza atan Rüfətin klubunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Futbolçumuz 81-ci dəqiqədə oyuna qoşulsa da, komandasına kömək edə bilməyib.
