18 avqust 2013 02:14
Millimizin üzvü Borussiaya qarşı oynamadı, komandası darmadağın oldu (YENİLƏNİB)
Futbol üzrə Almaniya Bundesliqasında 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Əli Gökdəmirin şərəfini qoruduğu “Hannover” də bu gün növbəti matçına çıxıb.
Futbolçumuzun komandası bu tur səfərdə Münhenqladbax “Borussia”sı ilə qarşılaşıb. Görüş "Hannover"in böyük hesablı məğlubiyyəti ilə başa çatıb.
Gökdəmirin bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Təəssüf ki, futbolçumuz bu dəfə də heyətdə yer almayıb.
Almaniya Bundesliqası
2-ci tur
17 avqust
Borussia (Münhenqladbax) - Hannover - 3:0
