18 avqust 2013 00:05
Georgi Çixradze: Qoldan sonra futbolçularda ruh düşkünlüyü yarandı
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 3-cü turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Qapımıza qol vurulana qədər komandalar bərabər səviyyəli oyun göstərdi. Qoldan sonra isə futbolçularda, sanki, ruh düşkünlüyü yarandı. Rəqib azlıqda qaldıqdan sonra oyunda dönüş yaratmaq istədik, ikinci hücumçunu oyuna buraxdıq. Təəssüf ki, səhv nəticəsində buraxdığımız qol oyunun taleyini həll etdi”.
