18 avqust 2013 00:16
Tərlan Əhmədov: Bu qələbə ilə psixoloji səddi aşdıq
“Neftçi”nin baş məşqçi əvəzi Tərlan Əhmədov Topaz Premyer Liqasının 3-cü turunun “Simurq”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyunun ağır keçəcəyini bilirdik. 9 futbolçumuz milli komandaların düşərgəsində idi. Əsas heyətdə müəyyən itkilər var idi. “Simurq” müdafiədə və əks-hücumlarda yaxşı oynayır. Qələbə qazanaraq psixoloji səddi aşdıq. Gələcək oyunlarda da qələbəyə oynayacağıq”.
