17 avqust 2013 12:17
Bucaspordan Ramal Hüseynov açıqlaması
Türkiyənin “Bucaspor” klubu azərbaycanlı futbolçu Ramal Hüseynovun komandadan gözlənilməz gedişi ilə bağlı növbəti açıqlama yayıb. Azerisport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Timur Yaykıran yerli mediaya açıqlamasında danışıb:
“Bu futbolçunu əldən qaçırmağımız kimi bir durum yoxdu. Hüseynovun səviyyəsi bizi qane etmədiyi üçün onunla yollarımızı ayırmağa qərar verdik. Həm də bunu baş məşqçimiz Kemal Kılıçın təkidi ilə etməli olduq”.

Qeyd edək ki, Timur Yaykıranın “səviyyəsi bizi qane etmədi” dediyi futbolçu ilə “Bucaspor” müqavilə də imzalamışdı. Amma xeyli müddət komanda ilə hazırlaşan, yoxlama görüşlərində meydana çıxan Hüseynov bir neçə gün öncə klubla yollarını ayırdı. Bu ayrılığın əsl səbəblərinin nədən qaynaqlandığı isə hələ də bilinmir.