18 avqust 2013 00:27

İvan Benites: Mənə elə gəlir ki, Azərbaycanda çoxdan yaşayıram

“İnter”in ispaniyalı müdafiəçisi İvan Alexandro Benites bu kluba gəlişi barədə danışıb, yerli çempionatın səviyyəsini dəyərləndirib, AZAL ilə keçiriləcək oyun haqqında fikirlərini bölüşüb, digər suallara cavab verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- “İnter”ə keçidiniz necə alındı?
- Ötən mövsümün başa çatmasından sonra şəraiti dəyişmək istədim. Sonra “İnter”dən təklim aldım və həvəslə qəbul etdim. Etiraf edim ki, “İnter” karyeramda yeni mərhələdi və komandanın uğuru üçün bütün gücümü sərf etməyə çalışacağam.

- “İnter”ə gəlməmişdən öncə Azərbaycan futbolu haqqında hansı məlumatlara malik idiniz?
- Səmimi desəm, bu ölkəyə gəlməmişdən əvvəl Azərbaycan çempionatı barədə məlumata malik deyildim. Ancaq Kipr çempionatında oynamış və hazırda  “Bakı”nın ispaniyalı futbolçusu Mario Martines Rubio bu məsələdə mənə çox kömək etdi. O dedi ki, burada bir çox güclü komandalar var və yerli çempionat kifayət qədər yaxşı səviyyədədi.
 
- Azərbaycanda yeni mövsüm bir neçə həftə öncə başlayıb. Ötən müddət ərzində çempionat sizdə hansı təəssüratları oyatdı?
- Biz iki güclü komandayla iki qarşılaşma keçirdik. Təəssüflər olsun ki, bu matçlarda yaxşı nəticə əldə edə bilmədik. Bütün komandalar yalnız uğura köklənib, çempionat böyük rəqabətliyə malikdi. Bizə bu mövsüm asan olmayacaq, ancaq var gücümüzlə məşq edəcəyik və düşünürəm ki, bizim səylərimiz bəhrəsini verəcək.
 
- Yəqin qohumlarınız və dostlarınız sizdən Azərbaycan haqqında  soruşurlar. Maraqlıdı, bizim ölkəni necə təsvir etdiniz?
- Dedim ki, burada hər şey xoşuma gəlir. Etiraf edirəm, mənə elə gəlir ki, burada artıq çoxdandı yaşayıram. Bakı çox gözəl şəhərdi, bura çox maraqlıdı. Ailəm və dostlarım mənə görə çox şaddırlar.
 
- Qarşıda komandanı AZAL ilə oyun gözləyir. Bu matç haqqqında nə deyə bilərsiz? Rəqib haqqında hansı məlumatlara maliksiniz?
- Bu günlərdə komandayla birlikdə rəqibimizin qalib gəldiyi AZAL – “Bakı” matçını seyr etdik. Etiraf edim ki, AZAL məndə yaxşı təəssürat oyatdı. Düşünürəm ki, onlar bizə çətinliklər yaratmaq istəyəcəklər. Lakin biz buna hazır olmalıyıq. “İnter” hər matçda meydana qalib gəlmək məqsədilə çıxır. Bu oyunu udmağa və ilk üç xalı qazanmağa çalışmalıyıq. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.