17 avqust 2013 12:36
Nikolas Kanales: Neftçi mənim üçün böyük təcrübə oldu
“Neftçi”nin sabiq hücumçusu Nikolas Kanales Azərbaycandakı karyerasından danışıb. Azerisport.az xəbər verir ki, Çilinin “Colo-Colo” klubu ilə anlaşan futbolçu ölkəmizdəki günlərini belə xatırlayıb:
“Bu, mənim üçün böyük təcrübə oldu. Mən ora gedərkən Azərbaycanın harda yerləşdiyini belə bilmirdim. Mən Çempionlar Liqasında oynamağı çox istəyirdim. Bu turnirlə erkən vidalaşsaq da, Avropa Liqasının qrup mərhələsində çıxış etməyə nail olduq. Milan “İnter”i, “Rubin” kimi komandalarla qarşılaşdıq. Hətta həmin oyunlarda mənə qol vurmaq da qismət oldu”.