17 avqust 2013 12:55
Qarabağ – Eintracht matçının biletləri satışa çıxarılıdı
Futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda baş tutacaq “Qarabağ” və Almaniyanın “Eintracht” klubları arasındakı ilk oyunun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna biletləri elə stadionun kassalarından əldə etmək olar.
Qeyd edək ki, bu oyuna biletlərin qiyməti 1-50 manat aralığındadı.
“Qarabağ” – “Eintracht” matçın avqustun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
