17 avqust 2013 13:26
Bakı Rəvanla oyuna itkilərlə hazırlaşır
“Bakı” “Rəvan”la oyuna hazırlıqlarını ötən gün axşam vaxtlarında keçirdiyi məşqlə davam etdirib. Azerisport.az xəbər verir ki, komanda baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında kluba məxsus olan təlim-məşq bazasında saat yarım məşq keçib.
Fiziki və taktiki təmrinlərdən ibarət olan məşq isinmə hərəkətləri ilə başlayıb. Elvin Әliyev və Deyvidas Çesnauski məşqdə iştirak etməyib. Şəhriyar Әliyev, Aqil Nəbiyev və Ruben Qonsales komandadan ayrı çalışıblar.
Qeyd edək ki məşqdə klubun U-12 komandası da iştirak edib.
Xatırladaq ki, Topaz Premyer Liqasının 3-cü turu cərçivəsində keçiriləcək "Bakı" - "Rəvan" matçı avqustun 8-də, saat 18:00-da "Bakı" FK-un təlim-məşq bazasının stadionunda baş tutacaq.
