18 avqust 2013 01:03
Con Toşak, Milinko Pantiç və Yuri Syomin Neftçinin oyununu canlı izlədi
Topaz Premyer Liqasının 3-cü turunun “Neftçi” – “Simurq” matçını elitanın digər təmsilçilərinin baş məşqçiləri də izləyib. Azerisport.az xəbər verir ki, onların bəzisi hətta matçı canlı izləyənlər arasında olublar.
Belə ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak, “Bakı”nın çalışdırıcısı Milinko Pantiç, eləcə də “Qəbələ”nin sükanı arxasında çalışan Yuri Syomin “Bakcell Arena”da keçirilmiş görüşü canlı izləyiblər.
Qeyd edək ki, bu oyun 1:0 hesabıyla “Neftçi”nin xeyrinə başa çatıb.
Maraq üçün bildirək ki, “Neftçi” növbəti turda səfərdə “Xəzər Lənkəran”ın qonağı olacaq. “Simurq” isə “Bakı”nı qəbul edəcək.
