18 avqust 2013 01:35
Armin Fe: Artıq Qarabağla oyuna köklənmişik
Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Almaniyanın “Eintracht” klubunun baş məşqçisi Armin Fe Bundesliqanın 2-ci turu çərçivəsində “Bayern”lə ev oyunundan (0:1) sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
“Bu gün “Hertha” ilə ilk oyunumuzla müqayisədə daha yaxşı çıxış etdiyimizi deyərdim. Əgər kimsə bununla razı deyilsə, qoy tabloya baxsın. Amma eyni zamanda razı qalmadğımı da deməliyəm. Çünki əgər çıxışımız heç bir uğur gətirməyibsə, o zaman digər bütün fikirlər öz əsasını itirir”.

Qeyd edək ki, “Eintracht” bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb: Kevin Trapp, Karlos Sambrano, Bastian Oçipka, Anderson Bamba, Stefan Şrok, Pirmin Şveqler, Sebastyan Rode, Takasi İnui, Ştefan Ayqner, Yohannes Flum, Aleksandr Mayer.
Komanda bu dəfə nəinki start heyət, həm də taktika baxımından dəyişikliklərə məruz qalmışdı. Belə ki, Fe bu dəfə 4-4-2 taktikasından yararlanmağa üstünlük vermişdi.
Fe qarşıdakı “Qarabağ”la oyundan da danışıb: “Bizi çox çətin təqvim gözləyir. Heç bu oyunlardan hansının çətin, hansının asan olduğunu müəyyənləşdirmək də çətindi. İndi bizə əşyalarımızı toplayıb gələn həftənin əvvəlində Bakıya yollanmaq lazımdı. “Qarabağ”la oyundan dərhal sonra geri dönməliyik. Hazırda tam olaraq azərbaycanlılarla oyuna köklənmişik. Amma eyni zamanda Bundesliqanın növbəti turunda üç xal qazanmağa borclu olduğumuzu da unutmuruq”.
Qeyd edək ki, “Qarabağ”la “Eintracht” arasındakı ilk oyun avqustun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.
Qeyd edək ki, “Qarabağ”la “Eintracht” arasındakı ilk oyun avqustun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.