18 avqust 2013 21:05
“5 top buraxsaq da, qapıçımız yaxşı oynadı”
“Rəvan”ın baş məşqçisi Vladislav Qədirov Topaz Premyer Liqasının 3-cü turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 0:5 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəqibi təbrik edirəm. Ağır məğlubiyyət aldıq. İlk dəqiqələrdə qol buraxmağımız pis oldu. Aparıcı oyunçumuz Miloş Adamoviç cəzalı olduğundan bugünkü oyunda iştirak edə bilmədi. 5 top buraxmağımıza baxmayaraq, qapıçımızın oyununu qeyd etməliyəm, yaxşı oynadı. Komandamız öz üzərində işləməlidi”.
