18 avqust 2013 21:16
Pantiç: Qələbələrimizin ardını gətirəcəyimizə inanıram
“Bakı”nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 3-cü turunun “Rəvan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 5:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“İlk dəqiqələrdən sonadək komandalar mübarizə apardı. Qələbəyə görə futbolçularıma təşəkkür edirəm. İsti havada oynamaq çətin idi. Son iki məğlubiyyətdən sonra üzərimizdə təzyiq var idi. Qələbə qazanmağımız məni sevindirir. Qələbələrimizin ardını gətirəcəyimizə inanıram”.
