18 avqust 2013 22:15
Con Toşak: Nəticələrə görə məsuliyyət mənim üzərimə düşür
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Topaz Premyer Liqasının 3-cü turunun “Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin uelsli çalışdırıcısı 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Nəticələrə görə məsuliyyət mənim üzərimə düşür. 35 illik məşqçi karyeram var. Karyeram boyu uğurlarla yanaşı uğursuz günlərim də olub”.
