18 avqust 2013 22:24
Qurban Qurbanov: XL ilk üçlükdə olmalı komandadı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 3-cü turunun “Xəzər Lənkəran” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çox yaxşı komandaya qarşı oynadıq. İlk dəqiqələrdə topla yaxşı davrana bilmədik, dəqiqələr keçdikcə öz oyunumuzu tapdıq. “Xəzər Lənkəran” ilk üçlükdə olmalı komandadı. Yeni hücumçunun gəlməsi ilə “Xəzər Lənkəran” güclənib. Fikrimcə, “Xəzər Lənkəran”a yalnız qələbə çatışmır”.
