18 avqust 2013 11:15
Elvin Yunuszadə: Hakim məni meydandan qovmaqla səhv etdi
“Neftçi”nin müdafiəçisi Elvin Yunuszadənin Topaz Premyer Liqasının 3-cü turunun “Simurq”la ev oyunundan (1:0) sonra azerisport.az saytına müsahibəsi
- “Simurq”la oyun barədə nə deyə bilərsiz?
- Bu oyuna ciddi hazırlaşmışdıq. Zaqatala klubu mövsümə uğurlu başlamışdı. Biz onları tez-tez məğlub etsək də, buna heç də asanlıqla nail olmamışıq. Bu dəfə də elə oldu. Amma komandamız yaxşı oyun göstərdi və qələbə qazanmağı bacardı.

- Siz ilk yarıda meydandan qovulduğunuza görə, “Neftçi” ikinci hissəni tam olaraq azlıqda oynadı...
- Meydan tərk edəndə bilirdim ki, komandamıza hesabdakı üstünlüyü qorumaq çətin olacaq. Amma uşaqlara halaldı, bunu bacardılar.
- Həmin epizodu şərh etmək istəmirsiz?
- Daha nə deyim, hakim səhv etdi. Bu, mənim fikrimdi. Düzdü, mən qaydanı pozmuşdum. Amma bu, sonuncu ümid folu deyildi.
- Daha nə deyim, hakim səhv etdi. Bu, mənim fikrimdi. Düzdü, mən qaydanı pozmuşdum. Amma bu, sonuncu ümid folu deyildi.
- Qırmızı vərəqə almağınızı çox sakit qəbul edirsiniz. Yəqin ki, bu, komandanızın qələbə qazanmasına görədi...
- Əlbəttə, əsas odu ki, uduzmadıq. Amma əgər xal itirsəydik belə, hakimi günahlandırmaq mənasız idi. Çünki artıq heç nəyi dəyişmək mümkün deyil.
- Amma oyundan sonra siz hakimlərə yaxınlaşdınız...
- Heç kimə əsəbləşməmişəm (gülür). Sadəcə hakimlərin əlini sıxdım, təşəkkür etdim.
- Qarşıda “Xəzər Lənkəran”la derbi var...
- Qarşıda “Xəzər Lənkəran”la derbi var...
- Lənkəranda oynamağı çox istəyirdim. Amma bu şansı qaçırdığıma görə məyusam. Ümid edirəm ki, komandam mənsiz uğurlu nəticə qazana biləcək.
- “Neftçi” hələ ki, itkisiz irəliləyir...
- Qələbə seriyasının davamını gətirmək lazımdı. Cəmi üç qələbəmiz var. Xeyli izləyicimiz var. Nə qədər çox qələbə qazansan, bir o qədər işin asanlaşmış olur.