18 avqust 2013 18:43
Abışov oynamadı, komandası xal itirdi (YENİLƏNİB)
Futbol üzrə Rusiya Premyer Liqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” bu tur Moskva “Spartak”ı ilə üz-üzə gəlib.
Oyun səfərdə keçirilirdi. Odu ki, həmyerlimizin komandasını çox çətin sınaq gözləyirdi. Amma kazanlılar bu görüşdən 1 xalla ayrılmağa nail olublar.
“Rubin”in baş məşqçisi Kurban Berdiyevin Ruslana bu dəfə də şans verib-verməyəcəyi maraqla gözlənilirdi. Futbolçumuz sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, “Rubin” geridə qalan 5 turda cəmi 7 xal toplaya bilib və hazırda 7-ci pillədə qərarlaşıb.
Rusiya Premyer Liqası
5-ci tur
18 avqust
Spartak - Rubin- 0:0
