19 avqust 2013 00:12
Fərid Quliyev debüt etdi, ilk oyunu uğursuz oldu (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında yeni mövsümün ilk turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Kahramanmaraşspor” klubu da ilk matçına bu gün çıxıb.
Azərbaycan millisinin sabiq hücumçusu Fərid Quliyev və Murad Axundzadənin heyətində yer aldığı bu komanda səfərdə “Bucaspor”la qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Futbolçularımızın mövsümün açılış matçında meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Təəssüf ki, onların adı start heyətdə yer almayıb. Düzdü, Fərid 73-cü dəqiqədə meydana çıxıb və bundan cəmi bir dəqiqə sonra komandası fərqi azaldıb. Amma qonaqların bundan artığına gücü çatmayıb.
Türkiyə PTT Birinci Liqası
1-ci tur
18 avqust
Bucaspor - Kahramanmaraşspor - 2:1
