18 avqust 2013 19:55
Davud Kərimi mövsümün ilk oyununda ehtiyatda qaldı, komandası uduzdu (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında yeni mövsümün ilk turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Davud Kəriminin heyətində yer aldığı “Fethiyespor” klubu da bu gün ilk matçına çıxıb.
Həmyerlimizin komandası açılış turunda “1461 Trabzon”la qarşılaşıb. Beş qolun vurulduğu oyunda qələbəni meydan sahibləri bayram ediblər.
Kəriminin mövsümün açılış matçında meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Baş məşqçi Mustafa Ceviz 29 nömrəsini seçən futbolçumuza oynamaq şansı yaratmayıb. Davud ehtiyat oyunçular arasında yer alıb və sonadək matçı kənardan izləməli olub.
Türkiyə PTT Birinci Liqası
1-ci tur
18 avqust
1461 Trabzon - Fethiyespor - 3:2
