19 avqust 2013 00:01
Saşa 90, Arif 21 dəqiqə oynadı, yeni mövsüm uğursuz başladı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında yeni mövsümün ilk turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçuların – Arif İsayevlə Saşa Yunisoğlunun heyətində yer aldığı “Denizlispor” klubu da ilk matçına çıxıb.
Həmyerlilərimizin komandası açılış turunda “Gaziantep BB” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Saşa ilə Arifin mövsümün açılış matçında meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Baş məşqçi Serdar Dayat Saşaya ilk 11-likdə yer verib və o, sonadək meydanda qalıb. Arif isə meydana 69-cu dəqiqədə çıxıb.
Türkiyə PTT Birinci Liqası
1-ci tur
18 avqust
Gaziantep BB - Denizlispor - 1:0
