18 avqust 2013 12:39
Cavadov və Ponomayrov izlədi, Lens qazandı (FOTO)
Futbol üzrə Fransa ikinci liqasında mübarizə aparan “Lens” klubununu “Auxerre” ilə ev oyununu izləyənlər arasında Azərbaycanın tanınmış futbol veteranları da olub. Azerisport.az xəbər verir ki, “Neftçi”nin sabiq futbolçuları İsgərdər Cavadov və İqor Ponomaryov matçı tribunadan izləyiblər.
Xatırladaq ki, azərbaycanlı iş adamı Hafiz Məmmədovun rəhbərlik etdiyi “Lens” bu mövsümdən oyunlara üzərində “Land of fire Azerbaijan” (Odlar yurdu Azərbaycan) sözləri yazılan formayla çıxır.
Bundan öncəki ev matçında olduğu kimi, “Lens” klubuna bu oyunda da möhtəşəm azarkeş dəstəyi hiss olunub. Oyunu stadiondan 35 minədək azarkeş izləyib. Qarşılaşma isə 4:1 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb.
