18 avqust 2013 13:35
Qarabağ Xəzər Lənkərana qalib gələcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Topaz Premyer Liqasının 3-cü turunun “Qarabağ” – “Xəzər Lənkəran” matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi bəllidi.
Beləliklə, sorğuya qatılanların böyük əksəriyyəti bu oyunda “Qarabağ”ın qalib gələcəyini düşünür. Respondentlər bu varianta 379 (71 faiz) səs veriblər.
“Xəzər Lənkəran”ın qələbə qazanacağına 109 (20 faiz) səs verilib. Yerdə qalan cüzi hissə bu oyundan heç-heçə gözlədiyini ifadə edib.
