19 avqust 2013 19:53

Qəbələ Sumqayıta məğlub oldu (YENİLƏNİB)

Bu gün Topaz Premyer Liqasında 3-cü tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə bir görüş baş tutub.
 
Turun qapanış matçında “Sumqayıt” doğma meydanda “Qəbələ” ilə qarşılaşıb. Bu komandalar arasında indiyə qədər keçirilmiş dörd qarşılaşmanın hamısında “Qəbələ” qalib gəlmişdi. Bu üzdən sumqayıtlıların uğursuz gedişata son qoymağı nə dərəcədə bacaracağı maraqla gözlənilirdi.
 
Aqil Məmmədovun komandası heç kimin gözləmədiyi halda cari mövsümün itkisiz irəliləyən bu kollektivinə qalib gəlməyi bacarıb. Nəticədə, "Sumqayıt" həm yeni mövsümdəki ilk qələbəsini qazanıb, həm də "Qəbələ" ilə oyunlardakı ilk xal və xallarını əldə edib.
 
Topaz Premyer Liqası
3-cü tur
19 avqust
 
Sumqayıt – Qəbələ - 2:1 (1:1)
Qollar: V.Əsgərov, 4 (1:0), Y.Kamanan, 14 (1:1), R.Qurbanov, 62-pen.
Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Elşən Acalov, Tahir Əhmədov.
Sumqayıt. M.Hüseynzadə adına şəhər stadionu.
 
SUMQAYIT: 1. Anar Nəzirov, 2. Slavik Alxasov, 5. Kərim Diniyev, 8. Aqşin Muxtaroğlu, 10. Ruslan Qurbanov, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov (k), 21. Məhəmməd Mirzəbəyov, 27. Nurlan Novruzov, 86. Elşən Abdullayev, 91. Vüqar Əsgərov.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 4. Samir Abasov, 11. Ruslan Nəsirli, 20. Sabir Allahquliyev, 22. Zaur Həşimov, 77. Mirzağa Hüseynpur, 92. Bəxtiyar Həsənalızadə.
QƏBƏLƏ: 27. David Petrkeviç, 2. Rail Məlikov, 4. Amit Quluzadə, 6. Vladimir Levin (k), 9. Viktor Mendi, 10. Dodo, 11. Yannik Kamanan, 14. Lorenzo Ebesilio, 34. Ürfan Abbasov, 42. Leonardo da Silva, 84. Deyan Kelhar.
Ehtiyat oyunçular: 25. Dieqo Kosta, 5. Sadiq Quliyev, 8. Nizami Hacıyev, 15. Umar Kalaban, 18. İbrahima Niasse, 19. Abdulvahid Afolabi, 22. Lurival Assis.
 
Turun digər oyunları: Neftçi – Simurq – 1:0, Bakı – Rəvan – 5:0, Qarabağ – Xəzər Lənkəran – 2:0, İnter – AZAL – 1:2.
 
1 Qarabağ 3 3 0 0 9 2 +7 9
2 Neftçi 3 3 0 0 7 1 +6 9
3 Qəbələ 3 2 0 1 6 5 +1 6
4 AZAL 3 2 0 1 4 5 –1 6
5 Simurq 3 1 1 1 2 1 +1 4
6 Sumqayıt 3 1 1 1 4 7 –3 4
7 Bakı 3 1 0 2 6 3 +3 3
8 XL 3 0 2 1 1 3 –2 2
9 İnter 3 0 0 3 4 7 –3 0
10 Rəvan 3 0 0 3 0 9 –9 0
 
Bombardirlər:
3 - Bahodir Nasimov (Neftçi), Çumbinyo (Qarabağ), Mindauqas Kalonas (Bakı), Viktor İqbekoyi (AZAL).
2 - Viktor Mendi (Qəbələ), Reynaldo (Qarabağ), Vaqif Cavadov (İnter), Nikolas Gelaşvili (Qarabağ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.