20 avqust 2013 02:50
İspaniya çempionatı: Barsa asan, Real çətin qələbəylə başladı (YENİLƏNİB)
Futbol üzrə İspaniya çempionatında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, ilk turun birinci oyun günündə üç qarşılaşma baş tutub.
“Real Sociedad” evdə “Getafe”yə 2 cavabsız qolla qalib gəlib. “Valladolid” isə “Athletic”ə uduzub. “Valencia” “Malaga” üzərində minimal hesablı qələbəyə sevinib.
İkinci oyun günündə “Barcelona” “Levante”ni 7 cavabsız topla məğlub edib. “Osasuna” evdə “Granada”ya uduzarkən, “Real” “Betis” üzərində əzmkar qələbə qazanıb. “Sevilla” da “Atletico” ilə qarşılaşıb. Madrid təmsilçisi inamlı qələbə qazanıb.
Son oyun günündə isə “Rayo Vallecano” “Elche"ni darmadağın edib. “Almeria” “Villarreal”a uduzub. “Celta” da “Espanyol”la sülh bağlayıb.
İspaniya La Liqası
36-cı tur
17 avqust
Real Sociedad – Getafe – 2:0
Qollar: Vela, 42, Seferoviç, 70.
Valladolid – Athletic – 1:2
Qollar: Ebert, 31 – Laskurain, 28, Muniain, 50.
Valencia - Malaga – 1:0
Qol: Kosta, 64.
18 avqust
Barcelona - Levante – 7:0
Qollar: A.Sançes, 3, Messi, 12; 42-pen, D.Alveş, 23, Pedro, 26; 73, Xavi, 45.
Osasuna – Granada – 1:2
Qollar: Punal, 58 – El Arabi, 38, Yebda, 45.
Real – Betis – 2:1
Qollar: Benzema, 26, İzko, 86 – Molina, 14.
Sevilla - Atletico - 1:3
Qollar: Perotti, 37 - D.Kosta, 35; 79, Rodriqes, 90.
19 avqust
Rayo Vallecano - Elche - 3:0
Qollar: Bueno, 40; 74, Perea, 44.
Almeria - Villarreal - 2:3
Qollar: Rodri, 39; 74 - Pereyra, 65; 86, Dos Santos, 83.
Celta - Espanyol - 2:2
Qollar: Lopes, 42, Çarles, 47 - Mata, 53, Bifouma, 75.
