18 avqust 2013 14:39
“Bakının 3 xal qazanması üçün bizim hər oyunda kifayət qədər qol vurmağımız lazımdı”
“Bakı”nın yarımmüdafiəçisi Mindauqas Kalonasın azerisport.az saytına müsahibəsi
- “Bakı”da nə baş verir? İki oyuna iki məğlubiyyət almısız...
- “Qəbələ” ilə oyunun ilk hissəsini yaxşı oynadıq. “Bakı”nın daha yaxşı oynadığını, üstün olduğunu, qol vəziyyətləri yaratdığını siz də gördünüz. Məğlubiyyətə layiq oluğmuzu düşünmürəm. Sadəcə, rəqib komanda bizdən üstün olmadığı halda iki standart vəziyyət zamanı qol vurdu və qələbə qazandı. Ədalətli nəticə heç-heçə olmalıydı. AZAL-la görüşdə isə biz həqiqətən zəif çıxış etdik. Xeyli səhvlər buraxdıq, özümüzə bənzəmirdik.
- Bəs bunun səbəbi nədi?
- Bizim yeganə hədəfimiz layiqli çıxış etməkdi. Amma etiraf edim ki, AZAL ilə qarşılaşmada biz sadəcə bərbad oynadıq. Belə oyunla çox uzağa gedə bilmərik. Daha layiqli çıxış etməyə çalışmalı, hər oyunda qələbə qazanmalıyıq. Yəqin ki, məşqçilər korpusu bütün problemlərdən xəbərdardılar. Biz AZAL ilə oyuna yaxşı hazırlaşmışdıq. Lakin heç nə edə bilmədik.

- Qarşıda sizi keçmiş klubunuz - “Rəvan”la oyun gözləyir...
- Məyus olmağa dəyməz. Hamı başa düşür ki, daha yaxşı oynamağa çalışmaq lazımdı. Baş məşqçimiz də problemləri görür və nəyi necə aradan qaldırmaq lazım olduğunu bilir. Bizim özümüzə gəlməyimiz üçün cəmi bir qələbəyə ehtiyacımız var. Yaxşı heyətimiz var. Ona görə də maksimum güc sərf etməliyik. İnanıram ki, “Bakı” üçüncü turda özünü göstərəcək.
- “Bakı”ya gəlişinizdən sonra nə dəyişikliklər olub?
- Mən ötən mövsümlə müqayisədə bu il daha iddialı klubda çıxış edirəm. “Bakı” hər il çempionluğa oynayan komandadı. Qarşımızda həm çempionat, həm də kubokda uğurlu çıxış etmək vəzifəsi durur. “Bakı”nın əla bazası, güclü heyəti var. Bizə sadəcə futbol oynamaq qalır. Ötən mövsüm komanda avrokuboklara vəsiqə qazana bilməyib. Bu dəfə daha uğurlu çıxış etməyi hədəfləmişik.

- Rəqiblər də yerlərində saymırlar...
- Prinsipcə, çempionatda zəif komanda yoxdu. Favoritlər bu mövsüm hələ çox xal itirəcəklər. Amma çempionluq uğrunda mübarizənin “Neftçi”, “Qəbələ”, “Qarabağ”, “Xəzər Lənkəran” və “İnter” arasına gedəcəyini düşünürəm.
- “Bakı”da həmişə hücumçularla bağlı problem olub. Bu il də problem həll olunmamış görünür...
- Biz öz üzərimizdə çalışırıq. Məndən başqa komandada Marius Pena və Rauf Əliyev də var. Qol vurmaq bizim üçün problem olmamalıdı. Əsas öz qapımızın toxunulmazlığını qorumalıyıq.
- Bombardirlik uğrunda Flavinyo və ya Bahodir Nasimov kimi futbolçularla rəqabətə hazırsız?
- Mən bütün həmkarlarıma hörmətlə yanaşıram. Amma bu mövsüm “Bakı”nın hücumçularının özlərini göstərəcəklərini düşünürəm. Biz digər hücumçularla rəqabət aparmaq üçün də öz üzərimizdə çalışırıq. Qol vurmadan qələbə qazana bilməzsən. Odu ki, biz lazım olan qədər qol vurmalıyıq ki, komandamız hər oyunda üç xal qazansın.