19 avqust 2013 20:27
Yuri Syomin: Nə meydana, nə də rəqibin oyun üslubuna alışa bildik
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 3-cü turunun “Sumqayıt”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin rusiyalı çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu gün nə meydana, nə də rəqibin oyun üslubuna alışa bildik. Ötürmələrdə qeyri-dəqiqlik çox idi. “Sumqayıt”ın emosional hazırlığı yüksək səviyyədə idi”.
