19 avqust 2013 20:34
“Hesab arasındakı fərq daha böyük ola bilərdi”
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 3-cü turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Qələbə münasibəti ilə azarkeşlərimizi təbrik edirəm. Sonadək bizə dəstək oldular. Futbolçular verilən tapşırıqları yerinə yetirə bildilər. Hesab arasındakı fərq daha böyük ola bilərdi”.
