19 avqust 2013 11:09
Vüqar Nadirov: Eintrachtı biz də məğlub edə bilərik
“Qarabağ”ın hücumçusu Vüqar Nadirov Topaz Premyer Liqasının 3-cü turunun “Xəzər Lənkəran”la oyunundan (2:0) sonra azerisport.az saytına müsahibə verib.
- Premyer Liqadakı ardıcıl üçüncü qələbənizlə bağlı nə deyə bilərsiz?
- Avropa Liqasında bizi həlledici oyunlar gözləsə də, milli çempionatdakı matçlarımıza da arxayın yanaşmırıq. Çünki Premyer Liqa üçün də ciddi hədəflərimiz var. “Xəzər Lənkəran”la oyun da bu baxımdan bizim üçün çox vacib idi. Şadam ki, belə çətin qrafikdə növbəti qələbəmizi qazanmağı bacardıq.

- Komandanız ikinci hissədə öz gücünə qənaət etməyə başladı, yoxsa rəqib komanda daha yaxşı oynadı?
- Biz ikinci qolu vurandan sonra oyunumuzda müəyyən dəyişikliklər etmək lazım gəldi. Təbii ki, gücümüzə qənaət etməyimiz də lazımdı. Amma əsas odu ki, qalib gəldik.

- Sizin iki həftədən tez sıraya dönəcəyiniz gözlənilmirdi...
- Həkimlər sağ olsunlar ki, mənim daha tez yaşıl meydana qayıtmağım üçün əllərindən gələni etdilər. Həm də istirahət zamanı deyil. Komandamda bu çətin dövrdə yardımçı olmağa çalışıram.
- Almaniya klubu ilə oyunlarda komandanıza kömək edə biləcəksiz?
- Əgər şans verilsə, niyə də yox?
- Əgər şans verilsə, niyə də yox?
- Bu mövsüm komandanızın yarımmüdafiə xəttində ciddi rəqabət var. Yeni transferlər də özlərini çox yaxşı tərəfdən göstərirlər. Sizin üçün əsas heyətə düşmək çətin olmayacaq?
- Bilirəm ki, çətin olacaq. Amma bu, mənim üçün də yaxşıdı. Çünki ciddi rəqabət olan yerdə hər bir futbolçu daha çox çalışır, artırır. Mən də özümə qarşı daha tələbkar olmalıyam.

- “Eintracht”ın “Bayern”lə oyununa baxdınız?
- Bəli. Bu komanda ilə oynamaq, onları məğlub etmək olar. Bu, Dortmund “Borussia”sı deyil. Fikrimcə, Münhen klubu kimi, biz də onları məğlub edə bilərik.