20 avqust 2013 00:06

Yalnız Qarabağla Neftçi!

Futbol üzrə Azərbaycan çempionatında daha bir tur arxada qaldı. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 3-cü turun oyunları üç gün ərzində baş tutdu.

Açılış matçında son çempion “Neftçi” “Simurq”u qəbul etdi. Paytaxt klubu əvvəlki iki oyununda qalib gəlmişdi və yüzfaizli nəticəsinin davamını gətirmək üçün növbəti qələbəsini rəsmiləşdirmək iddiasındaydı. “Simurq” da əvvəlki oyunlarında məğlub olmamışdı və qapısından qol buraxmayan yeganə elita təmsilçisi idi. Lakin əvvəlki illərdə olduğu kimi, Zaqatala klubu bu dəfə də “Neftçi” ilə bacarmadı. Erik Ramosun ilk yarıda vurduğu qol matçın taleyini həll etdi. Baxmayaraq ki, ilk yarının sonlarında Elvin Yunuszadə meydandan qovulduğu üçün “Neftçi” azlıqda qaldı və qonaqların nəinki hesabı bərabərləşdirmək, hətta qələbə qazanmaq üçün də şansı var idi. Amma Goergi Çixradzenin yetirmələri bu fürsətdən yararlana bilmədilər və görüşdən minimal hesablı məğlubiyyətlə ayrıldılar. Nəticədə, “Neftçi” ardıcıl üçüncü qələbəsini qazanaraq, liderlər qrupundakı mövqeyini möhkəmləndirdi.
 
İtkisiz irəliləyən daha bir komanda – “Qarabağ” bu tur “Xəzər Lənkəran”la qarşılaşdı. Ağdam klubu bu mövsümə çox da uğurlu başlamayan, əvvəlki oyunlarında heç-heçə ilə kifayətlənən cənub təmsilçisinə iki cavabsız qolla qalib gəldi. Nəticədə, “Qarabağ” da “Neftçi” kimi ardıcıl üçüncü qələbəsini qazandı və daha yaxşı top fərqinə görə zirvəni ələ keçirdi. “Xəzər Lənkəran” isə hələ də qələbə üzünə həsrətdi və getdikcə autsayderlər qrupunda yer almaqdadı. Yeri gəlmişkən qeyd edək ki, bu oyundakı hakimlik də böyük səs-küyə səbəb oldu. Cənub təmsilçisi həm qapısına təyin olunan penalti, həm də bir sıra digər epizodlarla bağlı narazılığını rəsmi şəkildə bəyan etməkdən, hətta Peşəkar Futbol Liqasını, Hakimlər Komitəsini hədələməkdən də çəkinmədi.
 
Əvvəlki iki turda məğlub olan “Bakı” bu dəfə özü ilə eyni aqibətdə olan “Rəvan”ı qəbul etdi. Paytaxt duelində əsl darmadağın yaşandı. Qarşılaşmada vurulan beş topun hamısı “Rəvan”ın qapısından keçirildi. Nəticədə, Milinko Pantiçin yetirmələrinin ilk zəfəri möhtəşəm hesabla başa gəldi. “Rəvan” isə yeni baş məşqçisi Vladislav Qədirovun rəhbərliyi altında daha bərbad nəticəyə imza atdı. Haızrda bu komanda bir dənə də qol vurmadan 0 xalla turnir cədvəlinin zirzəmisində qərarlaşıb.
 
Daha bir paytaxt derbisi “İnter”lə AZAL arasında baş tutdu. “Bankirlər” də əvvəlki iki oyununda məğlubiyyətə üzülmüşdü. Maraqlıdı ki, “İnter” həmin görüşlərdə olduğu kimi, yenə də hesabı açdığı qarşılaşmadan məğlub ayrıldı. Kaxaber Sxadadzenin yetirmələri artıq üçüncü oyundu məğlubiyyətlə üzləşir və “Rəvan”la sonuncu pilləni paylaşır.
 
Hesabat turunun qapanış matçında isə “Qəbələ” “Sumqayıt”la qarşılaşdı.Yuri Syominin komandası da “Qarabağ” və “Neftçi” kimi itkisiz irəliləyirdi. Üstəlik, “Qəbələ” “Sumqayıt”la əvvəlki oyunlarının da hamısında qalib gəlmişdi. Amma bu oyunda Aqil Məmmədovun yetirmələri böyük sürprizə imza atdılar. “Sumqayıt” həm “Qəbələ” ilə görüşlərdəki uğursuz gedişata son qoydu, həm də rəqibin cari mövsümdəki qələbə seriyasını dayandırdı.
 
Premyer Liqa
3-cü tur
 
Neftçi – Simurq – 1:0 (1:0)
Qol: Erik Ramos, 36 .
Sarı vərəqələr:  Erik Ramos, 33 (qeyri-idman hərəkəti); Bahodır Nasimov, 47 (qeyri-idman hərəkəti); Mahir Şükürov, 90+2 (qeyri-idman hərəkəti) - Tural Axundov, 45 (sistematik qayda pozuntusu); Dilaver Zrnanoviç, 45+1 (qeyri-idman hərəkəti); Ruslan Poladov, 65 (qeyri-idman hərəkəti); Patrik Osiako, 75 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Elvin Yunuszadə, 42 (rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə).
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Vaqif Musayev
Dördüncü hakim: Namiq Bəkirov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Füzuli Nəcəfov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
17 avqust 2013. “Bakcell Arena”. 800 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev (28. Emin Mehdiyev, 83), 9. Flavinyo (4. Tərlan Quliyev, 90+1), 14. Bahodir Nasimov (2. Karlos Kardoso, 55), 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 10. Cavid İmamverdiyev, 11. Melvin Platye, 19. Mirhüseyn Seyidov.
Məşqçi: Tərlan Əhmədov.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 5. Anderson Oliveyra, 6. Taqim Novruzov (8. Patrik Osiako, 46), 7. Ruslan Poladov (k) (19. Orxan Səfiyaroğlu, 68), 15. Stepan Polyak (11. Draqan Çeran, 46), 16. Məhərrəm Hüseynov, 18. Tural Axundov, 22. Salif Ballo, 28. Nenad Kiso.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizov, 10. Rəşad Eyyubov, 17. Rüstəm Məmmədov, 30. Raul Kostin.
Baş məşqçi: Georgi Çixradze.
 
Bakı – Rəvan – 5:0 (3:0)
Qollar: Yure Travner, 9, Mindauqas Kalonas, 11; 39, Cavid Hüseynov, 79, Aleksandar Soliç, 82.
Sarı vərəqə: Hüseyn Axundov, 79 (qeyri-idman hərəkəti).
Baş hakim: Vüsal Əliyev.
Baş hakimin köməkçiləri: Munis Abdullayev, Cavanşir Yusifov.
Dördüncü hakim: Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 2 dəq.
18 avqust 2013. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı.
Bakı: 29. Kamran Ağayev (k), 3. Yure Travner, 4. Mario Pedro Alvares, 6. Vadim Abdullayev, 8. Cavid Hüseynov, 20. Mindauqas Kalonas (19. Marius Pena, 81), 23. Lukas Mario Horvat, 11. Rauf Əliyev (27. Rəhman Hacıyev, 77), 7. Əfran İsmayılov (10. Aleksandar Soliç, 64), 24. Georgios Pelagios, 12. Etto.
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 30. Vüqar Mustafayev, 17. Risto Ristoviç, 15. Ruben Qonsales.
Baş məşqçi: Milinko Pantiç.
Rəvan: 1. Lukaş Sapela, 4. Nodar Məmmədov, 9. Elnur Abdulov (7. Elvin Həsənəliyev, 70), 10. Sebastyan Kastro-Tello (11. Kamil Nurəhmədov, 43), 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varea (18. Bəxtiyar Soltanov, 75), 17. Ramazan Abbasov (k), 19. Hüseyn Axundov, 27. Rəşad Abdullayev, 38. İvan Pexa, 40. Mişel Balokoq.
Ehtiyat oyunçular: 12. Fuad Əhmədov, 6. Ceyhun Cavadov, 16. Orxan Lalayev, 21. Novruz Məmmədov.
Baş məşqçi: Vladislav Qədirov.
 
Qarabağ – Xəzər Lənkəran – 2:0 (1:0)
Qollar: Nikolas Gelaşvili, 26, Riçard Almeyda, 61-pen.
Sarı vərəqələr: Maksim Medvedev, 90+3 (qeyri-idman hərəkəti) - Adrian Skarlatake, 60 (qeyri-idman hərəkəti); Alvaro Silva, 81 (qeyri-idman hərəkəti).
Baş hakim: Rəhim Həsənov.
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Mehman Mahmudov.
Dördüncü hakim: Ramil Diniyev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - 3 dəq.; II hissədə - 4 dəq.
18 avqust 2013. Bakı. “Bakcell Arena”. 3000 tamaşaçı.
Qarabağ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 11. Nikolas Gelaşvili (88. Ulrix Kapolonqo, 76), 14. Rəşad Sadıqov (k), 16. Corc Leroy, 20. Riçard Almeyda (7. Namiq Yusifov, 68), 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Çumbinyo (17. Vüqar Nadirov, 83).
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 6. Hacı Əhmədov, 18. İlqar Qurbanov, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 6. Rasim Ramaldanov (10. Elnur Abdullayev, 46), 7. Sadio Tounkara, 11. Zohair Benuahi (55. Ağabala Ramazanov, 79), 12. Franko Nildo, 14. Rahid Əmirquliyev (k), 23. Nikola Qliqorov (20. Etame Mbilla, 46), 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 18. Tural Cəlilov, 21. Radomir Todorov, 42. Kamran Abdullazadə.
Baş məşqçi: Con Toşak.
 
İnter – AZAL – 1:2 (1:1)
Qollar: Ruslan Əmircanov, 30 - Viktor İqbekoyi, 42; 67.
Sarı vərəqələr: Ruslan Əmircanov, 18 (qeyri-idman hərəkəti); Georgi Lomaya, 53 (hakimin qərarına etiraz); Baçana Sxadadze, 58 (rəqibi tutduğuna görə); Arif Daşdəmirov, 61 (qeyri-idman hərəkəti); Brüs Abdulay, 90+1 (qeyri-idman hərəkəti) - Junior Ailton, 17 (qeyri-idman hərəkəti); Vladimir Boqdanoviç, 30 (rəqibə badalaq); Cavid Tağıyev, 90+4 (qeyri-idman hərəkəti).
Baş hakim: Rauf Cabbarov.
Baş hakimin köməkçiləri: Coşqun Həsənov, Nahid Əliyev.
Dördüncü hakim: İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - 3 dəq.; II hissədə - 4 dəq.
18 avqust 2013. Bakı. “Şəfa” stadionu. 300 tamaşaçı.
İnter: 25. Səlahət Ağayev (1. Georgi Lomaya, 10), 4. İvan Benites, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 8. Mikel Alvaro (11. Asif Məmmədov, 72), 9. Aleksandr İaşvili, 14. İlqar Ələkbərov, 20. Brüs Abdulay, 28. Baçana Sxadadze, 33. Matija Spiçiç (21. Arif Daşdəmirov, 10), 70. Vaqif Cavadov (k).
Ehtiyat oyunçular: 6. Samir Zərgərov, 44. Joao Paulo de Souza, 47. Abdulla Abatsiyev, 77. Flavio Bek.
Baş məşqçi: Kaxaber Sxadadze.
AZAL: 12. Cahangir Həsənzadə (k), 3. Aleksandr Şemonayev, 4. Xose Junior Aylton, 8. Qərib İbrahimov, 10. Con Oluremi, 15. Oskar Klava, 17. Viktor İqbekoyi (9. Orxan Həsənov, 90), 18. Samuel Barlay (28. Emin Cəfərquliyev, 67), 20. Branislav Arsenyeviç, 22. Ruslan Tağızadə (7. Cavid Tağıyev, 84), 32. Vladimir Boqdanoviç.
Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 2. Xuan Fransisko, 23. Tural Nərimanov, 5. Murad Ağayev.
Baş məşqçi: Vaqif Sadıqov.
 
Sumqayıt – Qəbələ - 2:1 (1:1)
Qollar: Vüqar Əsgərov, 4, Ruslan Qurbanov, 62-pen - Yannik Kamanan, 12.
Sarı vərəqələr: Nurlan Novruzov, 30 (9,15 m. məsafəsinə riayət etmədiyinə görə) - Vladimir Levin, 51 (hakimə etiraz); 61 (qeyri-idman hərəkəti); Leonardo da Silva, 64 (fitdən sonra topa zərbə); Rail Məlikov, 81 (qeyri-idman hərəkəti); Lorenzo Ebesilio, 87 (qeyri-idman hərəkəti); Nizami Hacıyev, 90+4 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Vladimir Levin, 61.
Baş hakim: Orxan Məmmədov.
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Elşən Acalov.
Dördüncü hakim: Tahir Əhmədov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
19 avqust 2013. Sumqayıt. M.Hüseynzadə adına şəhər stadionu. 6000 tamaşaçı.
Sumqayıt: 1. Anar Nəzirov, 2. Slavik Alxasov, 5. Kərim Diniyev, 8. Aqşin Muxtaroğlu, 10. Ruslan Qurbanov (4. Samir Abasov, 79), 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov (k), 21. Məhəmməd Mirzəbəyov, 27. Nurlan Novruzov (77. Mirzağa Hüseynpur, 90+3), 86. Elşən Abdullayev, 91. Vüqar Əsgərov (11. Ruslan Nəsirli, 87).
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 20. Sabir Allahquliyev, 22. Zaur Həşimov, 92. Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Aqil Məmmədov .
Qəbələ: 27. David Petrkeviç, 2. Rail Məlikov, 4. Amit Quluzadə, 6. Vladimir Levin (k), 9. Viktor Mendi, 10. Dodo (18. İbrahima Niasse, 46), 11. Yannik Kamanan (19. Abdulvahid Afolabi, 61), 14. Lorenzo Ebesilio, 34. Ürfan Abbasov (8. Nizami Hacıyev, 78), 42. Leonardo da Silva, 84. Deyan Kelhar.
Ehtiyat oyunçular: 25. Dieqo Kosta, 5. Sadiq Quliyev, 15. Umar Kalabane, 22. Lurival Assis.
Baş məşqçi: Yuri Syomin.
 
1 Qarabağ 3 3 0 0 9 2 +7 9
2 Neftçi 3 3 0 0 7 1 +6 9
3 Qəbələ 3 2 0 1 6 5 +1 6
4 AZAL 3 2 0 1 4 5 –1 6
5 Simurq 3 1 1 1 2 1 +1 4
6 Sumqayıt 3 1 1 1 4 7 –3 4
7 Bakı 3 1 0 2 6 3 +3 3
8 XL 3 0 2 1 1 3 –2 2
9 İnter 3 0 0 3 4 7 –3 0
10 Rəvan 3 0 0 3 0 9 –9 0
 
Bombardirlər:
3 - Bahodir Nasimov (Neftçi), Çumbinyo (Qarabağ), Mindauqas Kalonas (Bakı), Viktor İqbekoyi (AZAL).
2 - Viktor Mendi (Qəbələ), Reynaldo (Qarabağ), Vaqif Cavadov (İnter), Nikolas Gelaşvili (Qarabağ), Vüqar Əsgərov (Sumqayıt).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.