19 avqust 2013 11:27
Yığmamız Estoniyaya məğlub oldu
Tallinn şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Estoniyanın müvafiq yaş qrupuna aid yığma komandası ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 3:0 hesabı ilə estoniyalı futbolçuların xeyrinə yekunlaşıb.
