19 avqust 2013 11:45
Yığmamız Bolqarıstana qalib gəldi
Bolqarıstanda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bolqarıstanın müvafiq yaş qrupuna aid yığma komandası ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə yığmamızın xeyrinə yekunlaşıb.
Bolqarıstan komandasının qapısından topları Aliyə Vəliyeva və Aysun Əliyeva keçirib.
