19 avqust 2013 12:13
Qarabağın rəqibi çex hücumçu aldı (FOTO)
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan Almaniyanın “Eintracht” klubu yeni hücumçu ilə güclənib. Azerisport.az xəbər verir ki, Frankfurt təmsilçisi çexiyalı forvard Vatslav Kadleçi sıralarına qatıb.
21 yaşlı hücumçu Çexiyanın “Sparta” klubundan alınıb. Onunla dörd illik müqavilə imzalanıb. Kadleçin yaxın günlərdə Avropa Liqası üçün iştirak ərizəsinə də salınması gözlənilir.
Qeyd edək ki, Kadleç Çexiyanın bütün yaş qrupları üzrə yığmalarında da forma geyib.
“Eintracht”ın avqustun 29-da Bakıda “Qarabağ”la ilk oyuna çıxacağını da qeyd edək.
