19 avqust 2013 12:30
Qarabağın Eintracht ilə ilk oyununa 12 min bilet satılıb
Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Eintracht” (Almaniya) matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq bu oyuna 12 000 bilet satılıb.
Lakin oyun saatına qədər təxminən 30 min bilet satılması gözlənilir.
Qeyd edək ki, “Qarabağ” – “Eintracht” matçı avqustun 22-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab görüşü isə bir həftə sonra Frankfurtda baş tutacaq.
