19 avqust 2013 12:58
Slavço Goergiyevski: İnterin problemi futbolçularda və taktika dəyişikliyindədi
“İnter”in yarımmüdafiəçisi Slavço Georgiyevski Topaz Premyer Liqasının 3-cü turunun AZAL-la oyunu barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində makedoniyalı futbolçu komandasının 1:2 hesablı məğlubiyyətini belə şərh edib:
“Nə baş verdiyini anlaya bilmirəm. Üç oyundu hesabda öndə olduğumuz qarşılaşmanı məğlub başa vururuq. Problem nədədi? “İnter”in futbolçularında. Hara tələsirik axı? İlk qolu vururuq, yenə qabağa gedirik. Bu, bizim oyun deyil. Artıq komanda futbolu oynamırıq. Taktikamızı dəyişirik. Bizi həmişə uğura daşıyan bir taktikanı niyə dəyişdiyimizi anlamıram. Çünki komanda az qala hər mövsüm ilk üçlükdə yer alır”.