19 avqust 2013 13:16
İtaliya Super Kubokunu da Juve qazandı
Futbol üzrə İtaliya Super Kubokunun qalibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, həlledici matçda son ölkə çempionu “Juventus”la kubokun sahibi “Lazio” üz-üzə gəlib.
Paytaxt Romadakı “Olimpiko” stadionunda keçirilən matçda Turin təmsilçisi romalılara heç bir şans verməyib – 4:0. “Juventus”un heyətində Poqba, Kyellini, Lixştayner və Teves fərqlənib.
Turin klubu titulunu qormaqla yanaşı, tarixində 6-cı dəfə Super Kuboka sahib çıxıb (1995, 1997, 2002, 2003, 2012, 2013). “Lazio” isə 4-cü Super Kubokunu qazana bilməyib (1998, 2000, 2009).
