19 avqust 2013 13:38
Saşa Yunisoğlu: Bizim daha yaxşı çıxış etməyimiz üçün sadəcə zamana ehtiyacımız var
Türkiyənin “Denizlispor” klubunun azərbaycanlı müdafiəçisi Saşa Yunisoğlunun azerisport.az saytına müsahibəsi
- Türkiyə Birinci Liqasının ilk turunda qələbə qazana bilmədiniz. Buna nə mane oldu?
- Rəqibimiz kifayət qədər ciddi komanda idi. Digər tərəfdən komandamızın yeni baş məşqçisi cəmi iki həftə idi bizimlə birgəydi. Heyətdəki futbolçuların da əksəri yenilərdi. Uyğunlaşmaq üçün vaxt lazımdı. Anlaşma hələ istənilən səviyyədə deyil. Buna baxmayaraq, qələbə qazanmaq üçün çox çalışdıq.

- Ariflə sizin oyununuz necə alındı?
- Öz oyunum haqda heç nə deyə bilmərəm. Kənardan daha yaxşı görünə bilər. Sadəcə onu deyə bilərəm ki, artıq komandaya uyğunlaşa bilmişəm. Arifə gəlincə, o, zədədən sonra özünə tam gələ bilmədiyi üçün start heyətdə yer almamışdı. İkinci hissənin ortalarında meydana çıxdı. Təsəvvür edin ki, Dənizliyə indicə gəlib çıxmışıq.

- Bəs niyə belə gec?
- İki təyyarə ilə qayıtdıq. Altı saat İstanbul aeroportunda olduq. Türkiyədə səfərlər asan məsələ deyil. Belə səfərlər adamı çox əldən salır. Azarkeşlər sağ olsunlar. Burda tamamilə fərqli atmosferdi.

- Necə?
- Burdakı azarkeşlər sadiqdilər. Bax məhz buna görə ilk turdakı məğlubiyyət bizə çox pis təsir etdi. Bu qədər yolu qət edib bizi dəstəkləməyə gəlmişdilər. Aydın məsələdi ki, biz oynayıb pul qazanırıq. Amma onlar sadəcə oyundan həzz almaq gəlirlər. Onlara heyran qaldım.
- Amma çətin ki, növbəti oyunlarda da uduzacağınız halda onlar sizdən razı qalsınlar...
- Fikrimcə, biz sürət yığmağı bacaracağıq. Komandanın yaxşı potensialı var. Sadəcə, bir qədər zaman lazımdı. Biz bu mövsüm layiq olduğumuz yeri tutacağıq.
- İkinci turda komandanızı “1461 Trabzon”la oyun gözləyir. Bu komanda ilk turda Davud Kəriminin oynadığı “Fethiyespor”a qalib gəlib...
- Ciddi komandadı. Ötən mövsüm “Denizlispor” da onlara iki dəfə məğlub olub. Ümid edirəm ki, ilk qələbəmiz məhz bu komanda ilə oyuna təsadüf edəcək.