19 avqust 2013 13:55
Qarabağda Reynaldo şoku!
“Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin “Eintracht”la ilk oyunu öncəsi şok itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, Ağdam klubu əsas silahlarından biri olan Reynaldonu itirib.
Belə ki, braziliyalı futbolçunun ötən gün baş tutan “Xəzər Lənkəran”la oyunda əzələsi dartılıb. Bu gün onun tibbi müayinədən keçməsi gözlənilir. Məhz bundan sonra Reynaldonun yekun durumu bəlli olacaq. Onun “Eintracht”la ilk oyunda meydana çıxması böyük sual altındadı.
