19 avqust 2013 14:14
Eintrachtın nümayəndəsi Bakıya gəldi, Qarabağın oyununu canlı izlədi
Topaz Premyer Liqasının 3-cü turunun “Qarabağ” – “Xəzər Lənkəran” matçını Almaniyanın “Eintracht” klubunun rəsmiləri də izləyiblər. Azerisport.az xəbər verir ki, Ağdam klubunun Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan bu komandanın nümayəndələri Bakıya səfər ediblər.
Frankfurt təmsilçisi daha konkret desək, skautu Ralf Veberi ölkəmizə ezam edib. O, “Bakcell Arena”da keçirilən qarşılaşmanı stadiondan canlı izləyib.
Qeyd edək ki, sözügedən matçı “Qarabağ” 2:0 hesabıyla qalib başa vurub.
