19 avqust 2013 15:10
Elçin Rəhmanov: Qarabağ Eintrahctdan çəkinmir
“Qarabağ”ın məşqçisi Elçin Rəhmanov Avropa Liqasının pley-off mərhələsində onların rəqibi olan Almaniyanın “Eintracht” klubunun Bundesliqanın son turundakı oyununu izləmək üçün Frankfurta səfər etmişdi. Azerisport.az xəbər verir ki, “Bayern”lə oyunu (0:1) canlı izləyən Qurban Qurbanovun köməkçisi artıq vətənə dönüb.
O, bu oyunla bağlı fikirlərini bölüşüb: “Bizi çox yaxşı qarşıladılar. Klubun infrastrukturu ilə tanış olduq. Onlarda hər şey idealdı. Ümumiyyətlə, Bundesliqanı Avropanın ən güclüsü hesab edirəm. “Bayern”lə oyuna gəlincə, bəzi qeydlər etmişəm. Onu baş məşqçi Qurban Qurbanovla bölüşəcəm. Rəqibin səviyyəsi hər kəsə məlumdu. Buna baxmayaraq, “Qarabağ” onlardan çəkinmir. Pley-off mərhələsində də uğurlu çıxış etməyə çalışacağıq”.
