20 avqust 2013 18:17
Millimizin İsraillə matçının vaxtı dəyişdirildi
2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də keçiriləcək İsrail - Azərbaycan oyununun başlanma vaxtı teleyayımla əlaqədar dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, Ramat Qan şəhərində keçiriləcək qarşılaşma, əvvəlcə xəbər verildiyi kimi, Bakı vaxtı ilə saat 23:00-da deyil, saat 22:45-də başlayacaq.
