20 avqust 2013 19:15
Öncə Armin Fe, sonra Qurban Qurbanov
Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ” - “Eintracht” (Almaniya) oyunu öncəsi hər iki komandanın baş məşqçisi jurnalistlər üçün mətbuat konfransı keçirəcək. Azerisport.az xbər verir ki, Frankfurt təmsilçisinin baş məşqçisi Armin Fe jurnalistlərin önünə sabah çıxacaq.
Almaniyalı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda saat 18:00-da mətbuat konfransı keçirəcək. Bundan yarım saat sonra isə onun komandası mərkəzi arenada son məşqə çıxacaq. Hazırlığın ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq olacaq.
“Qarabağ” isə 19:45-də mərkəzi arenada son məşqə çıxacaq. 20:30-da isə Qurban Qurbanov jurnalistlərlə görüşəcək.
Qeyd edək ki, “Qarabağ” – “Eintracht” matçı avqustun 22-də keçiriləcək və saat 21:00-da start götürəcək.
