20 avqust 2013 19:36
Cəmşid Məhərrəmov Türkiyə klubunda!
Daha bir azərbaycanlı futbolçu karyerasını Türkiyədə davam etdirə bilər. Azerisport.az xəbər verir ki, Cəmşid Məhərrəmov bu yay ikinci dəfə qardaş ölkəyə üz tutub.
Futbolçu hazırda “Fethiyespor”un düşərgəsində baxışdan keçir. Məhərrəmov baxışdan uğurla keçsə, Türkiyə klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Cəmşid bir müddət əvvəl “Gaziantep BB” klubunda baxışda olsa da, maliyyə məsələlərində anlaşa bilməmişdi. Hazırda “Fetşhiyespor”da Davud Kərimi çıxış edir.
