20 avqust 2013 11:07
Xəzər Lənkəran – Neftçi matçının başlama saatı açıqlandı
Topaz Premyer Liqasında 4-cü turun oyun cədvəli açıqlanıb. Azerisport.az sizi növbəti turun proqramı ilə tanış edir.
Qeyd edək ki, bu tur çempionatımızın ən böyük derbilərindən sayılan “Xəzər Lənkəran” – “Neftçi” görüşü baş tutacaq. Həmin oyun bazar gününə salınıb və saat 20:00-da başlayacaq.
Digər görüşlərin keçirilmə vaxtları isə belədi:
Topaz Premyer Liqası
Topaz Premyer Liqası
4-cü tur
23 avqust (cümə)
AZAL – “Sumqayıt”
Bakı. “AZAL Arena”, 19:00
24 avqust (şənbə)
“Simurq” – “Bakı”
Bakı. “Şəfa” stadionu, 19:00
25 avqust (bazar)
“Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu, 18:00
“Xəzər Lənkəran” – “Neftçi”
Lənkəran şəhər stadionu, 20:00
“Rəvan” – “İnter”
Bakı. “Bayıl Arena”, 20:00.
